- Baxış sayı: 53
- 11 Noyabr 2026 21:21
- Baxış sayı: 352
- Noyabr 09, 2026
- 0

“Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Allsport.az saytı xəbər verir ki, 29 yaşlı MMA idmançısı Qazaxıstanın Almatı şəhərində keçirilən çempionluq yarışında qırğızıstanlı Qanıbəy Canıbəy Ulunu üstələyib.
Bu, onun peşəkar karyerasında 29-cu qələbədir. O buna 33 döyüşdə nail olub.