Nəzərov mövsümü dublla tamamladı

Almaniya II bundesliqasında 2020/21 mövsümünə yekun vurulub. Allsport.az xəbər verir ki, Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” XXXIV turda doğma meydanda “Osnabrük”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Dima 63-cü dəqiqədə – komandası 0:1 hesabı ilə məğlub durumda olarkən meydana buraxılıb. Komandasına qələbə qazandıran qollarını o vurub. Nəzərov meydana çıxandan cəmi iki dəqiqə sonra hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

34 oyuna 44 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 12-ci pillədə başa vurub. 31 yaşlı futbolçu mövsümdə 30 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan