Nəzərov: “Penaltini yerinə yetirmək velosiped sürmək kimidir”

Almaniyanın 2-ci bundesliqa təmsilçisi “Erzgebirge”də çıxış edən Dmitri Nəzərov açıqlama verib. Allsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi çempionatın 26-cı turunda “Sandhauzen”ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb:

“Penaltini yerinə yetirən zaman özümə əmin idim. Penaltini yerinə yetirmək velosiped sürmək kimidir. Sürməyi heç vaxt unutmursunuz. Rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi. Buna baxmayaraq, oyuna kökləndik. Fikrimcə, layiqli qələbə qazandıq”.

Millimizin üzvü azarkeşlər üçün darıxdıqlarını sözlərinə əlavə edib:

“Oyun zamanı bir neçə dəfə tibbi maskadan istifadə elədim. Qaydalara əməl etməyə çalışırıq. Ancaq qol vurulanda bu qaydalara riayət etmək asan məsələ deyil. Ümid edirəm ki, gələcəkdə qələbəni azarkeşlərlə qeyd edə biləcəyik”.

Həmin kateqoriyadan