Nəzərov qoldan sonra meneceri niyə qucaqladığını açıqladı

“Ersgebirge”nin futbolçusu Dmitri Nəzərov açıqlama verib. Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu Almaniya 2-ci bundesliqasının 27-ci turunda “Nürnberq”lə səfər oyununda qol vurduqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb.

O, qolu belə qeyd etməyinin səbəbini açıqlayıb:

“Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda, kim bilir, nə baş verəcəkdi.

Buna görə də qolu vurduqdan sonra Romeykeni qucaqladım. Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdu. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram”.

Həmin kateqoriyadan