Nəzərov məşhur şəxslə görüşü barədə: “Həmin şəkil indiyədək Vatsap profilimdədir”

Almaniyanın “Ersgebirge” klubunda çıxış edən millimizin üzvü Dmitri Nəzərov əfsanəvi aktyor Stiven Siqal ilə görüşü barədə danışıb. Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu akrtorla ilə daha öncə də bir araya gəldiyini açıqlayıb:

“Azərbaycan millisində Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük. O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi.

Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər Vatsap profilimdədir”.

Həmin kateqoriyadan