Nağı Səfərov: Növbəti dünya çempionatlarından birini Bakıda keçirmək istəyirik

Gənclər və idman nazirliyində keçirilən Azərbaycan taekvondo federasiyasının hesabat-seçki konfransında Kəmaləddin Heydərov yenidən prezident seçilib. Allsport.az saytı xəbər verir ki, tədbirdən sonra brifinqdə qurumun vitse-prezidenti Nağı Səfərov fikrini bölüşüb:

“Uzun müddətdir fikrimizdə var ki, ölkəmizdə dünya çempionatı təşkil edək. Pandemiya səbəbindən ötən 2 ildə bunu gerçəkləşdirə bilmədik. Ancaq növbəti dünya çempionatlarından birini Bakıda təşkil etmək istəyirik.

Olimpiadada medal qazanmamağımız pandemiya ilə əlaqədar oldu. Baş məşqçi planının 15 faizini yerinə yetirə bilmişdi. Federasiya rəhbərliyi də bu məsələni müzakirəyə çıxardı və Rza Mehmandostla əməkdaşlığımıza davam etdirməyi qərara aldıq”.

Həmin kateqoriyadan