- Baxış sayı: 47
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Napoli” vaxtından əvvəl İtaliya çempionu olub.
Luçano Spalettinin baş məşqçilik etdiyi komanda “A” seriyasının 33-cü turunda səfərdə “Udineze” ilə heç heçə edib – 1:1. Neapol klubunun xallarının sayı 80-ə çatıb. Onlar mövsümün bitməsinə 5 tur qalmış “Latsio” üçün əlçatmaz olublar (64 xal).
Bu, “Napoli”nin tarixində 3-cü ölkə çempionluğudur. Klub 33 ildən sonra ilk dəfə bu titulu qazanıb.