Naqelsmanın “Bavariya”dan qovulmasının səbəbi məlum olub

Yulian Naqelsmanın “Bavariya” ilə müqaviləsinə xitam verilib və o, qovulub. 

Allsport.az xəbər verir ki, Bundesliqa və çempionlar liqasında yaxşı nəticələri olan çalışdırıcının niyə yola salınması maraq doğururdu. 35 yaşlı mütəxəssisin Almaniya təmsilçisindən göndərilməsinin səbəbinin eşk həyatı olduğu iddia edilib.

Yulian Naqelsman BILD-in müxbiri Lena Vürzenberqerlə münasibətdə olub və bu, məşqçinin futbolçularla ünsiyyətini pozub.

Futbolçular məşqçilərinə güvənmirdilər, çünki onunla bölüşdüklərinin qəzetdə yayımlannmasından qorxurdular.

23 martda Naqelsman və Vürzenberqlə xizək sürərkən görülüb, 24 martda isə komanda Yulian ilə müqaviləni rəsmi olaraq ləğv edib.

Həmin kateqoriyadan