Nəzərov qol vurdu, komandası qalib gəldi

Almaniya 2-ci bundesliqasında 14-cü tura start verilib.

Allsport.az xəbər verir ki, Dmitri Nəzərovun çıxış etdiyi “Aue” evdə “Sankt Pauli”ni 3:1 hesabı ilə məğlub edib.

Nəzərov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. O, matçın 24-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasının 2-ci qolunu vurmağa nail olub. 29 yaşlı futbolçu bu mövsüm 6-cı qolunu vurub.

“Aue” yarış cədvəlinin turnir cədvəlində 23 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan