- Baxış sayı: 42
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

“Los Anceles Klippers”in hücumçusu Kavay Leonard NBA tarixində iki və ya daha çox oyununda 75%+ və 35+ xal toplayan dördüncü basketbolçu olub.
Allsport.az xəbər verir ki, Leonard buna pley-offun birinci mərhələsinin ikinci oyununda “Denver Naqqets”lə qarşılaşmada (105:102) nail olub.
Əvvəllər NBA tarixində bu uğura yalnız üç basketbolçu nail olub: Devin Buker, Şakil Onil və Dirk Novitski.