“Neftçi” afrikalılardan məğlubiyyətin əvəzini çıxıb

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” klubu 2-ci yoxlama görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” komandası ilə qarşılaşıb.

“Neftçi” bu oyuna aşağıdakı heyətlə çıxıb: Krşevan Santini, Jayro, Vançe Şikov, Dario Melnyak, Məqsəd İsayev, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev, Ruslan Qurbanov, Fəhmin Muradbəyli.

Ehtiyat oyunçular: Kamran İbrahimov, Elvin Bədəlov, Rahil Məmmədov, Eltun Yaqublu, Kamal Qurbanov, Murad Ağayev, Cavid İmamverdiyev, Aqşin Qurbanlı, Orxan Qurbanlı.

Oyuna gəlincə, ilk yarının əvvəllərində vurulan iki qol “ağ-qaralar”, fasiləyə üstün durumda çıxıb. Matçın son dəqiqəsində bakılılar daha bir dəf fərqlənib. Nəticədə, paytaxt klubu rəqibini darmadağınla məğlub edib – 3:0.
Xatırladaq ki, “Neftçi” bir neçə gün öncə bu rəqiblə oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşmişdi.

Həmin kateqoriyadan