“Neftçi” Albaniya klubuna da məğlub oldu

“Neftci” bu gün Avstriyada ikinci yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, paytaxt klubunun rəqibi Albaniyanın “Kukesi” komandası olub.

Qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Fasilədən sonra isə iki cavabsız qol buraxan “ağ-qaralar” meydanı məğlub tərk edib.

Xatırladaq ki, “Neftçi” ilk yoxlama matçında Macarıstanın MTK (Budapeşt) klubuna 0:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
24 iyun

“Neftçi” – “Kukesi” – 0:2

“Neftçi”nin start heyəti: 1.Aqil Məmmədov, 32. Elvin Bədəlov, 5. Xuan Alberto Melli, 20. Kamal Qurbanov, 6. Aylton, 10. Cavid İmamverdiyev, 8. Elşən Abdullayev, 7. Araz Abdullayev, 21. Samir Məsimov, 17. Rəhman Hacıyev, 14. Məhəmməd Qurbanov.

Həmin kateqoriyadan