“Neftçi” Avropa Liqasındakı çıxışını erkən başa vurdu

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Neftçi” də cavab görüşünə çıxıb. Komandamızın rəqib isə Çernoqoriyanın “Mladost” klubu idi.

Avroliqadakı digər iki təmsilçimizdən fərqli, “Neftçi” ilk matçını evdə keçirmişdi və Bakıda bol qollu heç-heçəyə (2:2) razılaşmalı olmuşdu. Bu üzdən də “Neftçi”ni səfər matçında yalnız qələbə qane edirdi. Hətta 1:1 hesablı heç-heçə də Çernoqoriya klubunu növbəti mərhələyə çıxaracaqdı.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Kukesi” (Albaniya)/”Torpedo” (Belarus) cütünün qalibi ilə qarşılaşmalıydı.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
9 iyul

23:30. “Mladost” – “Neftçi” – 1:1
Qollar: A.Abdullayev, 71 (0:1). İ.Vukoviç, 90+1 (1:1).
Sarı vərəqə: R.Hacıyev, 6. Kaue, 15. L.Peyoviç, 45. Aylton, 58. M.S.Raduloviç, 79. N.Qurbanov, 84. J.Muhoviç, 90+5.
(ilk oyun – 2:2)
Baş hakim: Kevin Klensi (Şotlandiya).
Podqoritsa. “Qradski” stadionu.

“Mladost”: 23. Mileta Raduloviç (k), 3. Luka Peyoviç, 20. Miloş S.Raduloviç (10. Jasmin Muhoviç, 80), 21. Miloş Rakiç, 52. Miloş B.Raduloviç, 6. Mirko Rayçeviç, 9. Blajo İqumanoviç, 15. Luka Mirkoviç (14. İvan Novoviç, 31), 11. Milan Dyurişiç, 24. İvan Vukoviç, 86. Marko Şçepanoviç (94. Aldin Adjoviç, 69).
Ehtiyat oyunçular: 77. Vuk Radoviç, 22. Aleksandar Miliç, 7. Bojo Osmayiliç, 16. Boyan Baboviç.
Baş məşqçi: Nikola Rakoyeviç.
“Neftçi”: 1. Aqil Məmmədov, 5. Melli, 6. Aylton, 14. Məhəmməd Qurbanov (8. Elşən Abdullayev, 63), 26. Kamal Qurbanov, 7. Araz Abdullayev (k), 17. Rəhman Hacıyev, 18. Kaue, 95. Elvin Bədəlov, 11. Ruslan Qurbanov, 21. Samir Məsimov (77. Nicat Qurbanov, 78).
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 88. Orxan Qurbanlı, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Samir Əliyev.

Həmin kateqoriyadan