“Neftçi – Baltsan” görüşündə pulsuz taksi xidməti

“Ağ-qaralar” Uber ilə əməkdaşlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, bundan sonra “Neftçi”nin bütün ev oyunlarında azarkeşlər 10AZN-ə qədər #pulsuz taksi xidmətindən yararlana biləcək.

iyulun 7-də keçiriləcək “Neftçi” – “Baltsan” matçına yollanmaq üçün sadəcə, Uber proqramını mobil telefonunuza yükləyin, qeydiyyatdan keçin və promo kodu #NEFTCHI1937 daxil edin. Sifarişlər yalnız şəhərdaxili ərazilərdən qəbul olunur. Gələcəkdə sifarişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

* Promo Kodlar yalnız yeni Uber istifadəçiləri üçün nəzərdə tutulub. NeftçiVİP üzvlük kartının sahibləri #NEFTCHIVIP promo kodunu, NeftçiElit üzvlük kartının sahibləri isə #NEFTCHIELİT promo kodunu daxil etməlidirlər.

Qeyd edək ki, beynəlxalq şirkət olan Uber dünyanın bir sıra məşhur futbol klubları ilə əməkdaşlıq edir. Onlar arasında Türkiyənin “Qalatasaray” klubu da var. Azərbaycanda isə “Neftçi” Uber-lə əməkdaşlığa başlayan ilk klubdur.

Həmin kateqoriyadan