“Neftçi” ilk oyunu səfərdə yox, Bakıda keçirəsi oldu

Azərbaycanın Avropa Liqasındakı iki təmsilçisi – “Neftçi” və “İnter” ev oyunlarının ikisinin də eyni gündə Bakıda keçirilməməsi ilə bağlı razılığa gəliblər. Allsport.az xəbər verir ki, ötən gün baş tutan püşk avrokuboklardakı bütün təmsilçilərimizin ilk matçını səfərdə keçirməsini şərtləndirirdi.

Amma UEFA-nın qaydalarına görə, bir şəhəri təmsil edən iki klub eyni gündə meydana çıxmamalıdır. Bu üzdən də “Neftçi” “İnter”ə güzəştə getməli olub. Belə ki, iyulun 2-də “ağ-qaralar” “Bakcell Arena”da Çernoqoriyanın “Mladost” klubunu qəbul edəcək. Həmin matç saat 21:00-da start götürəcək. “İnter” isə həmin gün səfərdə Albaniya “Laçi”sinin qonağı olacaq.

Qeyd edək ki, “Qəbələ” Bakını təmsil etmədiyinə görə, “İnter” Bakıda “Laçi” ilə görüşərkən, doğma meydanda Gürcüstan “Dinamo”sunu qəbul edə biləcək.

Həmin kateqoriyadan