“Neftçi” ispaniyalı hücumçu alır

“Neftçi” yaxın günlərdə heyətinə gücləndirəcək. Allsport.az xəbər verir ki, “ağ-qaralar” ispaniyalı hücumçu Kristian Lopeslə razılığa gəlib. 27 yaşlı forvardın son klubu Rumıniya “Kluj”u olub. O, ötən mövsüm 38 oyun keçirib və 12 qol vurub.

Lopes “Neftçi”yə Makedoniyada qoşulacaq. Hansı ki, “ağ-qaralar” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsinin cavab oyunu çərçivəsində bu ölkənin “Şkendiya” klubu ilə qarşılaşaqlar. Komandamız səfərə bu gün yollanacaq. Tərəflər arasındakı ilk oyun qolsuz başa çatıb.

Qeyd edək ki, Kristian Lopes karyerası ərzində Madrid “Real”ında, “Valensiya”da da çıxış edib. İspaniyalı hücumçu “Neftçi”yə Avropa Liqasında yalnız komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacağı halda kömək edə biləcək.

Həmin kateqoriyadan