“Neftçi” ispaniyalı oyunçu ilə müqavilə imzaladı

Hazırlığını Avstriyada davam etdirən “Neftçi” PFK ispaniyalı futbolçu Xuan Alberto Mellini transfer edib. Allsport.az xəbər verir ki, müdafiəçi paytaxt klubunda 5 nömrəli formanı geyinəcək.

“Neftçi” bu oyunçu ilə 1+1 illik müqavilə imzalayıb. Xuan Alberto Melli karyerası ərzində “Real Betis”, “Tenerife”, “Gent”, “Şerif”, “Erqotelis” və “Simurq” klublarında çıxış edib.

Qeyd edək ki, ötən mövsüm Zaqatala klubuna transfer olunan Melli burada cəmi 7 oyuna çıxmış və qısa müddətdən sonra komandadan ayrılmışdı.

Həmin kateqoriyadan