“Neftçi” Makedoniyada yaşayan həmyerlilərimizə müraciət etdi

İyulun 21-də Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya” – “Neftçi” oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı klubu görüş öncəsi Makedoniyada yaşayan həmyerlilərimizə müraciət edib. Yazıda bildirilir:

“Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniyada və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Şkendiya” – “Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər “Neftçi” PFK tərəfindən biletlə təmin olunacaqlar”.

Qeyd edək ki, “Şkendiya” – “Neftçi” oyunu iyulun 21-də saat 20:00-dan (Bakı vaxtı ilə saat 22:00-dan) etibarən Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən “Filip II Makedonski” stadionunda keçiriləcək. Oyuna gələcək həmvətənlərimiz klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mehman Rəsulovla əlaqə saxlaya bilərlər.

Həmin kateqoriyadan