“Neftçi” “Mladost”a iki qol vursa da, qalib gələ bilmədi

Bu gün UEFA Avropa Liqasında 2015/16 mövsümünə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm də üç klub təmsil edir.

Bunlardan biri son mövsüm Premyer Liqada dördüncü olmuş “Neftçi”dir. Paytaxt təmsilçisinin ilk rəqibi Çernoqoriyanın “Mladost” klubudur. “Ağ-qaralar” digər təmsilçilərimizdən fərqli olaraq, ilk oyunu evdə keçirib. 4 qolun vurulduğu qarşılaşmada “ağ-qaralar” qələbəni əldən veriblər. Bakılılar cütün taleyini səfərdə həll etməli olacaqlar.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (İlk oyun)
2 iyul

“Neftçi” – “Mladost” – 2:2 (1:1)
Qollar: D.Laqator, 34 (0:1). K.Qurbanov, 36 (1:1). A.Abdullayev, 55 (2:1). L.Mirkoviç, 87 (2:2).
Sarı vərəqə: K.Qurbanov, 33. M.Rayçeviç, 47. M.S.Raduloviç, 68. M.B.Raduloviç, 77.
Baş hakim: Ali Palabıyık (Türkiyə).
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 5. Melli, 6. Aylton, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 7. Araz Abdullayev (k) (22. Mirabdulla Abbasov, 73), 8. Elşən Abdullayev (45. Kamran Nəcəfzadə, 77), 17. Rəhman Hacıyev, 95. Elvin Bədəlov, 11. Ruslan Qurbanov, 21. Samir Məsimov (77. Nicat Qurbanov, 80).
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 88. Orxan Qurbanlı.
Baş məşqçi: Samir Əliyev.
“Mladost”: 23. Mileta Raduloviç (k), 3. Luka Peyoviç, 14. İvan Novoviç, 20. Miloş S. Raduloviç (94. Aldin Adjoviç, 90+1), 21. Miloş Lakiç, 52. Miloş B. Raduloviç, 4. Duşan Laqator (15. Luka Mirkoviç, 63), 6. Mirko Rayçeviç, 9. Blaji İqumanoviç, 11. Milan Dyurişiç (86. Marko Stepanoviç, 61), 24. İvan Vukoviç.
Ehtiyat oyunçular: 77. Vuk Radoviç, 7. Bojo Osmayiliç, 10. Yasmin Muhoviç, 16. Boyan Baboviç.
Baş məşqçi: Nikola Rakoyeviç.

Həmin kateqoriyadan