“Neftçi” Qurbanovu qaytardı

“Neftçi” heyətinə daha bir futbolçu cəlb edib. Allsport.az xəbər verir ki, söhbət Nicat Qurbanovdan gedir.

Yarımmüdafiəçi müqavilə ilə onsuz da bu kluba məxsus idi. Amma o, geridə qalan mövsümü icarə əsasında AZAL-da keçirmişdi.

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” heyətini daha çox yerli və gənc futbolçularla gücləndirməyə çalışır. Nicat Qurbanovun qaytarılması da komandanın hücum xəttini gücləndirmək məqsədi güdür.

Həmin kateqoriyadan