“Neftçi” rəqibi Makedoniya, “Qəbələ”nin Macarıstan və “Kəpəz”in Avstriya klubları oldu

Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin rəqibləri müəyyənləşiblər. Allsport.az saytı xəbər verir ki, “Daçiya”nı mübarizədən kənarlaşdıran Gəncə təmsilçisi 2 oyunun nəticəsinə görə (1:1, 3:2) Slovakiya “Spartak”ını (Myava) üstələyən “Admira” (Avstriya) ilə qarşılaşacaq.

“Samtredia”dan (Gürcüstan) üstün olan “Qəbələ”nin rəqibi isə MTK olacaq. Macarıstan klubu “Aktobe”ni (Qazaxıstan) sıradan çıxarıb (1:1, 2:0).

“Neftçi” isə növbəti mərhələdə “Şkendiya 79” (Makedoniya) ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində makedoniyalılar 2 cavabsız qolla qalib gəliblər. Cavab görüşündə “Krakoviya” (Polşa) uduzub – 1:2.

Həmin kateqoriyadan