“Neftçi” rumınlara 3 qol vurdu, qalib gələ bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün hazırlıq çərçivəsində sonuncu, üçüncü yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın rəqibi Rumıniyanın “CSMS İaşi” klubu olub.

6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 3:3. Xatırladaq ki, “Neftçi” ilk iki yoxlama oyununu afrikalı futbolçulardan təşkil olunmuş “SİBM Training Center” komandasına qarşı keçirib. İlk oyunda 1:2 hesabıyla uduzub, ikincidə 3:0 hesablı qələbəyə sevinib.

Həmin kateqoriyadan