“Neftçi” sabah Çernoqoriyaya yollanır

“Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Mladost”una qarşı keçirəcəyi cavab oyununa hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, bakılılar hazırda Bakıda məşq edirlər.

Sabah isə Samir Əliyevin çalışdırdığı komanda Çernoqoriyaya yollanacaq. “Ağ-qaralar” oyun ərəfəsindəki son məşqlərini məhz Podqoritsada edəcəklər.

Qeyd edək ki, bu klublar arasında Bakıda keçirilmiş oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü isə iyulun 9-da Podqoritsadakı “Qradski” stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan