“Neftçi” “Şaxtyor”a da məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, paytaxt klubunun rəqibi Donetsk “Şaxtyor”u (Ukrayna) olub.

20:00-da başlayan qarşılaşma “Wilder Kaiser” stadionunda keçirilib. Samir Əliyevin çalışdırdığı Bakı təmsilçisi növbəti dəfə meydanı məğlub tərk etməli olub.

Qeyd edək ki, “Neftçi” ilk sınaq matçında Macarıstanın MTK (Budapeşt) klubuna 0:3, ardından Albaniyanın “Kukesi” klubuna 0:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
27 iyun

“Neftçi” – “Şaxtyor” – 0:1
Qol: Bolbat, 81.

“Neftçi”: 1. Aqil Məmmədov, 20. Kamal Qurbanov, 95. Elvin Bədəlov, 5. Melli, 6. Aylton, 17. Rəhman Hacıyev, 8. Elşən Abdullayev, 7. Araz Abdullayev, 21. Samir Məsimov, 14. Məhəmməd Qurbanov, 15. Ruslan Qurbanov.

Ehtiyat oyunçular: 30. Martin Boqatinov, 23. Nicat Qurbanov, 10. Cavid İmamverdiyev, 18. Kaue Silva, 15. Erik Ramos, 25. Orxan Qurbanlı, 16. Əziz Quliyev, 33. Orxan Bəşirov, 28. Kamran Nəcəfzadə, 13. Rahil Məmmədov, 22. Mirabdulla Abbasov.

Həmin kateqoriyadan