“Neftçi” – “Sumqayıt” matçında heç-heçə, “İnter”dən “Simurq” üzərində qələbə

Bu gün Topaz Premyer Liqasında 32-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış oyunu Zaqatalada keçirilib. Burada yerli “Simurq” “İnter”i qəbul edib. Matç qonaqların çətin qələbəsi ilə başa çatıb. İlk oyun gününün digər görüşündə “Neftçi” “Sumqayıt”la qarşılaşıb. Bu qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Topaz Premyer Liqası
32-ci tur
1 may

“Simurq” – “İnter” – 2:3 (2:3)
Qollar: A.Daşdəmirov, 2 (0:1). S.Zərgərov, 8 (1:1). V.Abdullayev, 22 (2:1). M.Alvaro, 37 (2:2). M.Alvaro, 43 (2:3).
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
Zaqatala şəhər stadionu.

“Simurq”: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 11. Draqan Çeran, 13. Əli Gökdəmir, 22. Cihan Özkara, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov, 81. Nicat Muxtarov.
Baş məşqçi: Georgi Çixradze.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 10. Elvin Məmmədov, 13. Mirsahib Abbasov, 15. Yohan Bokanyano, 18. Mənsur Nəhavəndi, 27. Dieqo Madriqal, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.

“Neftçi” – “Sumqayıt” – 2:2 (1:2)
Qollar: S.Alxasov, 10 (0:1). N.Kanales, 14 (1:1). M.Qurbanov, 18 (1:2). S.Məsimov, 86 (2:2).
Qırmızı vərəqə: N.Kanales, 45.
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 28. Emin Mehtiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 49. Mirabdulla Abbasov, 88. Mirkamil Haşımlı, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 55. Məhərrəm Məmmədli, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.

Turun digər oyunları sabah keçiriləcək: 17:00. “Bakı” – “Xəzər Lənkəran”, 19:00. “Qəbələ” – “Qarabağ”.

Bombardirlər:
13 – Nurlan Novruzov (“Bakı”).
12 – Draqan Çeran (“Simurq”).

Həmin kateqoriyadan