“Neftçi” və “Şkendiya” klublarının mətbuat konfransı və açıq məşqi nə vaxtı olacaq?

Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, tədbir iyulun 13-də 8-ci km stadionunda keçiriləcək və saat 18:10-da başlanacaq.

Konfransdan sonra, saat 18:30-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq. Həmin gün 8-ci km stadionunda “Şkendiya” klubunun baş məşqçisinin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Konfrans saat 19:40-da, məşq isə saat 20:00-da başlanacaq. Qeyd edək ki, iyulun 14-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu saat 20:00-da başlanacaq.

Həmin kateqoriyadan