“Neftçi” və “Spartak” tərəfdaş oldu

“Neftçi” ilə “Spartak” (Moskva) klubu arasında 2 illik müqavilə imzalanıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı hər 2 komanda rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib.

Memorandum əsasında iki klub arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

1922-ci ilin aprelin 18-də yaradılan “Spartak” Rusiyada xalqın komandası sayılır və ölkənin ən titullu klubudur.

“Neftçi” 1937-ci ildə yaradılıb və “xalq komandası” adlanır.

Həmin kateqoriyadan