- Baxış sayı: 88
- 04 May 2026 22:56
- Baxış sayı: 211
- May 08, 2026
- 0

“Neftçi” PFK-nın əvəzedici heyətinin üzvü Mirabdulla Abbasov əsas komandanın heyətinə cəlb edilib. Allsport.az xəbər verir ki, perspektiv vəd edən yarımmüdafiəçinin əsas komandaya keçidi eyni zamanda maddi cəhətdən də səmərəlidir. 1995-ci il təvəllüdlü Mirabdulla Abbasov “Neftçi”də 49 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, bu, son 6 ayda əvəzedici komandadan əsas heyətə dəvət almış sayca ikinci futbolçudur. Mirabdulla Abbasovdan əvvəl Rahil Məmmədov əsas komandaya cəlb olunub və göstərdiyi oyunla özünü doğruldub.
Abbasov əsas komandaya dəvət olunması ilə bağlı klubun rəsmi saytına açıqlama verib.