“Neftçi”ni Avropa Liqasından qovan komanda da mübarizəni dayandırdı

Avropa Liqasının birinci təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Çernoqoriyanın “Mladost” (Podqoritsa) klubu bu turnirdəki çıxışını başa vurub. Allsport.az xəbər verir ki, ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə mübarizə aparan bu komanda çox uzağa gedə bilməyib.

Səfərdə keçirdiyi ilk oyunda çernoqoriyalılar 1:0 hesabıyla qalib gəlmişdilər. Amma albanlar səfərdə bu komandaya əsl futbol dərsi keçiblər. 4:2 hesabıyla qalib gələn “Kukesi” “Mladost”un üçüncü təsnifat mərhələsinə çıxmasına imkan verməyib.

Xatırladaq ki, “Mladost” “Neftçi” ilə səfərdə 2:2, evdə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Məhz səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayan tərəf Çernoqoriya təmsilçisi olmuşdu.

Həmin kateqoriyadan