VİDEO
“Neftçi”nin dava salan futbolçuları qırmızı vərəqə ilə cəzalandılar

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Çernoqoriya “Mladost”u arasında baş tutan cavab matçından sonra dava düşüb. Allsport.az xəbər verir ki, hakimin final fitindən dərhal sonra bakılı futbolçularla “Mladost”un oyunçuları arasında gərgin anlar yaşanıb.

Əlbəyaxaya çıxan komanda üzvlərini çətinliklə də olsa, ayırmaq mümkün olub. Lakin onlar bu hərəkətlərinə görə dərhal cəzalanıblar. Belə ki, qarşılaşmanın baş hakimi – şotlandiyalı Kevin Klensi baş verənlərə görə üç futbolçuya qırmızı vərəqə göstərib. Bunlar “Mladost”dan Miloş Raduloviç, “Neftçi”dən Aylton və ehtiyat qapıçı Maksim Vaylodur. Maraqlqıdır ki, Raduloviçlə Aylton matçın gedişində sarı vərəqə ilə cəzalanmışdılar. Vayloya isə birbaşa qırmızı vərəqə göstərilib.

İstisna deyil ki, bu oyunçular UEFA tərəfindən bir neçə oyunluq cəzalansınlar.

Qeyd edək ki, Bakıdakı oyunda 2:2 hesablı heç-heçəyə razılaşan bu klublar Podqoritsada 1:1 oynayıblar. Nəticədə, növbəti mərhələyə Çernoqoriya klubu çıxıb.

Həmin kateqoriyadan