“Neftçi”nin yeni transferi: “Baltsan”ı keçmək elə də asan olmayacaq

“Neftçi”nin yeni transferi Edson Kastilyo klub televiziyasına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı venesuelalı futbolçu yeni komandası barədə bunu bildirib:

“Artıq 10 gündür məşq edirik. Demək olar ki, komandaya tam uyğunlaşmışam. Komandamız yaxşı səviyyəyə yüksəlir. Var gücümüzlə çalışmalıyıq. Cünki bilirik ki, “Baltsan” ciddi rəqibdir və onları keçmək elə də asan olmayacaq. Amma komandamızın durumu mərhələni keçməyə imkan verir”.

Həmin kateqoriyadan