Neymar PSJ-nin onu satmaq istədiyinin fərqindədi və getmək istəyir

Neymar gələn yay PSJ-dən premyer liqa klublarından birinə keçə bilər.

Allsport.az xəbər verir ki, son günlər Paris komandasının rəhbərliyində hücumçunun satışı ilə bağlı müzakirələr aparılır.

Bu barədə oyunçunun özü məlumat verib. Əsasən klub rəhbərləri əmək haqqını azaltmaq istəyirlər.

Premyer liqa klublarından “Çelsi”, “Nyukasl” və “Mançester Yunayted”, eləcə də digər komandalar hücumçuya maraq göstərirlər.

Bu mövsüm Neymar 1-ci liqada 20 matç keçirib və 13 qol vurub.

Həmin kateqoriyadan