Neymar üçün 3 klub mübarizə aparır

PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər.

Allsport.az xəbər verir ki, premyer liqanın bir neçə klubu oyunçuya maraq göstərir: “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi”.

Bildirilir ki, parislilər yaxşı təklif alınarsa, braziliyalı futbolçu ilə yollarını ayırmağa hazırdırlar.

Cari liqanın mövsümündə Neymar 11 matçda 13 qol vurub və 20 ötürmə edib.

Həmin kateqoriyadan