Niderlandda futbol ləğv edildi

Koronavirus pandemiyasına görə dayandırılan Niderland erediviziyası ləğv edilib. Allsport.az xəbər verir ki, yarışın saytı bu mövsüm çempionun müəyyənləşməyəcəyini və erediviziyanı tərk edən klubun olmayacağını açıqlayıb. Gələn mövsüm çempionatda indiki 18 klub mübarizə aparacaq.

Avrokuboklara vəsiqələr hazırkı turnir cədvəlinə əsasən müəyyənləşib: lider “Ayaks” çempionlar liqasının pley-off mərhələsində, 2-ci pillədəki “AZ Alkmar” ÇL-in 2-ci təsnifat mərhələsində, 3-cü yerdəki “Feyenoord” Avropa liqasının qrup mərhələsində, növbəti yerlərdəki PSV və “Villem II” isə AL-nin 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

Niderland kubokunun “Utrext” – “Feyenoord” finalı ləğv edilib.

Həmin kateqoriyadan