Nika Kvekveskiri: “Qəbələ” də hücum etməyi sevir

“Qəbələ”nin gürcü yarımmüdafiəçisi Nika Kvekveskiri ölkəsinin mətbuatına danışıb. Allsport.az saytı xəbər verir ki, o, yeni klubuna keçidi barədə bunu söyləyib:

“Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirəm. Bizi “Samtredia” ilə maraqlı oyunlar gözləyir. Bu komandanın baş məşqçisini yaxşı tanıyıram. Tsetsadze hücum futboluna üstünlük verir.

“Qəbələ” də hücum etməyi sevir. Hansı mövqedə oynayacağam? Bizim iki taktiki sxemimiz var. Mənim harada oynamağım da taktikadan asılı olacaq. Komandamızın qarşısında yüksək hədəflər var. “Qəbələ” Azərbaycanın ən yaxşı klublarından biridir”.

Həmin kateqoriyadan