Niyə 35 nömrə?

Allsport.az xəbər verir ki, ÇSKA-nın qapıçısı İqor Akinfeyev karyerası boyu 35 nömrəli forma geyinməsinin səbəbini açıqlayıb:

“Karyeramda 35 nömrə çox asanlıqla yarandı. Ruslan Niqmatullin 6 ay icarədə olanda bu nömrə ilə çıxış edib. Sonra əsas komandaya keçəndə mənə toplanış üçün əşyalar olan çanta verdilər. Mənə 35 nömrəli forma düşdü. Çox əhəmiyyət vermədim: “Olsun, verdilər verdilər də” – deyib keçdim. Əvəzedicilər liqasında oynayarkən hətta 56 nömrəli formada idim.

Məncə, heç bir rəqəmə baxmaq lazım deyil: 1-ci, 10-cu, 20-ci… Əsas odur ki, futbolçu oynayır, yaxşı oynayır.

Həmin kateqoriyadan