Noyer ciddi zədədən sonra ilk məşqinə çıxıb

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer ötən ilin sonunda xizək sürərkən ayağını sındırıb.

Allsport.az xəbər verir ki, Noyer Münhen klubu ilə meydanda ilk məşqini keçirib.

Bundan əvvəl 37 yaşlı qapıçının iyul ayında “Bavariya”nın heyətinə qayıda biləcəyi bildirilmişdi.

Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel növbəti mövsümdə əsas qapıçı kimi Noyeri fikirləşib.

Həmin kateqoriyadan