Nuriyevin 90 dəqiqəsi necə keçdi?

Ukrayna premyer liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” evdə “Kolos”la qarşılaşıb.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm isə 88-ci dəqiqədə meydana buraxılıb.

“Minay” 15 xalla 14 komanda arasında 13-cüdür.

Həmin kateqoriyadan