Olimpiya çempionu olmuş güləşçi “Bellator”da çıxış edəcək

2020-ci il olimpiya oyunlarının güləş üzrə gümüş mükafatçısı Məhəmmədhəbib Qadiməhəmmədov Amerika promosyonu “Bellator” şirkəti ilə müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, təşkilatda Qadiməhəmmədov yüngül çəki dərəcəsində mübarizə aparacaq. Onun debütü bu il baş tutmalıdır.

İdmançı müqaviləsi ilə əlaqədar deyib: “Qarışıq döyüş sənətinə keçid uzun illər mənim məqsədim olub və indi karyeraya başlamaq üçün mükəmməl vaxtdır. Nurməhəmmədovun məktəbində bir çox ən yaxşı döyüşçülərlə məşq edirəm və hər gün onlardan çox şey öyrənirəm. Bu, mənə Bellator çempionu olmağa kömək edəcək”.

Həmin kateqoriyadan