“Radik İsayevin medalsız qalması növbəti yarışlara daha yaxşı hazırlaşması üçün bir siqnaldır”

“Radik İsayevin medalsız qalması növbəti yarışlara daha yaxşı hazırlaşması üçün bir siqnaldır”

İngiltərənin Mançecter şəhərində dünya çempionatında uğurlu çıxış edən taekvondo millisi ilə bu gün GİN-də görüş oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən idman şöbəsinin müdiri Fərid Mansurov bunu söylədi:

“Taekvondo yeganə olimpiya idman növüdür ki, burda dünya çempionatları iki ildən bir keçirilir. Milad Hərçəqani 1-ci yer tutdu, 120 xal qazandı. Özüm də ordaydım. Nizam-intizam, hazırlıq xoşuma gəldi.

Bürünc medala yetişən Fəridə Əzizova bütün potensialını ortaya qoydu. Olimpiya çempionu Radik İsayevin medalsız qalmasına üzüldüm. İnanıram ki, o, növbəti məsul yarışlara daha səylə hazırlaşacaq”.

Həmin kateqoriyadan