Olimpiya mükafatçımızın cəzası bitdi, Avropa çempionatına yollanır

9-18 apreldə Gürcüstan paytaxtı Tiflisdə ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda 38 ölkədən 268 idmançının (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir. Xəbər verdiyimiz kimi, Avropa çempionatında Azərbaycan millisi də mübarizə aparacaq.

Onların içərisində “Zirvə” İdman Klubunun nümayəndəsi Anastasiya İbrahimli də var. Bundan savayı, dopinq qalmaqalına görə cəzalanmış London-2012-nın bürünc mükafatçısı Valentin Xristovun disflikasiya müddəti başa çatıb. və o da raqabətə qoşulacaq. Tam siyahı aşağıdakı kimidir:

Qadınlar: Boyanka Kostova (53 kq), Anastasiya İbrahimli (“Zirvə” İK, 69 kq)
Kişilər: Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov, İvan Stoitsov (hər ikisi – 77 kq).

Komanda yarışa baş məşqçi Miroslav Çoros, məqşçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi ilə yollanacaqlar.

Həmin kateqoriyadan