- Baxış sayı: 40
- 21 Mart 2025 21:30
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Dünyanın ən güclü cüdo komandalarından olan Yaponiya millisi əsas heyəti ilə Bakı “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
Allsport.az xəbər verir ki, ölkənin olimpiya və dünya çempionları Paris 2024 yay olimpiya oyunlarından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər:
Natsumi Tsunoda (48 kq) – Olimpiya çempionu, üçqat dünya çempionu.
Uta Abe (52 kq) – Olimpiya çempionu, dördqat dünya çempionu.
Ryuju Naqayama (60 kq) – Olimpiya və dünya mükafatçısı.
Tatsuki İşihara (73 kq) – Dünya mükafatçısı.
Sanşiro Murao (90 kq) – Olimpiya və dünya mükafatçısı.
Həmçinin, ikiqat olimpiya və üçqat dünya çempionu Şoheyi Ononun məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.
Ümumilikdə Yaponiya Bakıda keçiriləcək yarışda 19 cüdoçu ilə təmsil olunacaq.
“Böyük Dəbilqə” turniri 14 – 16 fevralda milli gimnastika arenasında keçiriləcək.