Ölkə birinciliyində hansı stolüstü tennisçilər fərqlənib?

Xaçmaz olimpiya idman kompleksində şəhid general-mayor Polad Həşimovun xatirəsinə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 2010-cu il təvəllüdlü və daha az yaşlı idmançılar iştirak ediblər.

Şəxsi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonlardan 70-ə yaxın stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Qızlar arasında Yağmur Məmmədli (Sumqayıt) ölkə çempionu adını qazanıb. Xədicə Eylazova (Sumqayıt) 2-ci, Banu Baytallı ilə Aynur Ağayeva (Bakı) 3-cü yeri tutub.

Oğlanların mübarizəsi Onur Quluzadənin (Bakı) qələbəsi ilə başa çatıb. Tunar Bağırov (Şabran) gümüş, İbrahim Rəhimzadə (Bakı) və Uğur Nəzərli (Sumqayıt) bürünc medala layiq görülüb. Fərqlənən idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandrılıblar.

Həmin kateqoriyadan