- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 34
- May 11, 2026
- 0

İyunun 7-də “AHF arena”da 2010-cu il və daha kiçik təvəllüdlü yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə ölkə birinciliyinin final mərhələsinə start veriləcək.
Allsport.az xəbər verir ki, turnirdə 6 oğlan (Bakı-1, Bakı-2, Mingəçevir, Qazax, Cəlilabad, Lənkəran) və 6 qız (Bakı-1, Bakı-2, Bakı-3, Gəncə, Göygöl, Tovuz) komandası qələbə uğrunda mübarizə aparacaq.
Üç gün davam edəcək yarış gənclər və idman nazirliyi ilə Azərbaycan həndbol federasiyasının birgə təşkilatçılığı altında keçiriləcək.