Ölkə birinciliyinin vaxtı dəyişdirildi

Ölkə birinciliyinin vaxtı dəyişdirildi

Azərbaycan taekvondo federasiyası, gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan respublika birinciliyi və çempionatın vaxtı dəyişdirilib.

Allsport.az xəbər verir ki, yarışlar 18-19 dekabr yox, 24-28 dekabr tarixlərində keçiriləcək.

Yeniyetmələr 24-25 dekabr tarixlərində (çəki günü 23 dekabr saat 12:00-dan 17:00-dək), gənclər 26-27 dekabrda (çəki günü 25 dekabr saat 11:00-dan 16:00-dək), böyüklər isə 27 dekabrda (çəki günü 28 dekabr saat 11:00-dan 16:00-dək) yarışacaq.

Birincilik Abşeron olimpiya idman kompleksində keçiriləcək.

Həmin kateqoriyadan