Ölkə çempionatının qalibləri

Allsport.az xəbər verir ki, veteran stolüstü tennisçilər arasında ölkə çempionatı keçirilib.

“Şüa” idman kompleksində təşkil olunan yarışda 50-yə yaxın iştirakçı mübarizə aparıb. Qoşa turnirdə Əli Heydərli ilə Rəhim Hüseynov qələbə qazanıb.

Məmmədağa Rüstəmovla Elşad Vahidov ikinci, Mahir Cəbiyevlə Əli Seyidrəhim üçüncü yeri tutub.
Müxtəlif yaş qrupları üzrə şəxsi yarışlar isə belə nəticələnib:
40-49 yaş
I – Zaur Mikayılov
II – Mehman Səmədov
III – Mahir Cəbiyev
50-59 yaş
I – Əli Heydəri
II – Elşad Vahidov
III – Akif Zeynalov
60-69 yaş
I – Məzahir Həsənov
II – İlham Ağayev
III – Fuad Qasımov
70 yaş və yuxarı
I – Səxavət Heydərov
II – Firudin Hüseynov
III – Vladislav Fedorenko
Fəxri kürsüdə yer alan iştirakçılara Azərbaycan stolüstü tennis federasiyasının mükafatları təqdim olunub.

Həmin kateqoriyadan