Öncə Oleq Kononov, sonra Roman Qriqorçuk

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə Rusiya “Krasnodar”ı arasında keçiriləcək oyundan öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, öncə meydan sahiblərinin baş məşqçisi Oleq Kononovla yarımmüdafiəçi Yuri Qazinski jurnalistlərin suallarını cavablandıracaq.

“Krasnodar”lıların mətbuat konfransı sabah matçın keçiriləcəyi “Kuban” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Bundan 3 saat sonra isə meydan sahiblərinin son məşqi başlayacaq.

21:15-də qonaq komandanın baş məşqçisi Roman Qriqorçukla müdafiəçi Arif Daşdəmirov jurnalistlərin suallarını cavablandırmağa başlayacaq. “Qəbələ”nin oyunöncəsi məşqi isə 22:00-da start götürəcək. Məşq “Kuban” stadionunda baş tutacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Həmin kateqoriyadan