Öncə Qurban Qurbanov, sonra Mirko Mariç

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Rudar” (Çernoqoriya) qarşılaşması öncəsi baş tutacaq mətbuat konfansının vaxtı məlum olub. Allsport.az xəbər verir ki, iyulun 14-də saat 19:30-da ilk olaraq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin önünə çıxacaq. 19:45-də isə “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.

“Rudar”ın çalışdırıcısı Mirko Mariçin mətbuat konfransı isə 21:00-da baş tutacaq. 21:30-da qonaqlar oyun öncəsi sonuncu məşqinə çıxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Rudar” qarşılaşması iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.

Həmin kateqoriyadan