Öncə Ernesto Valverde, sonra Zaur Svanadze

Avqustun 6-da “İnter” İspaniyanın “Atletik” (Bilbao) komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, Avropa Liqasının üçüncü mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmadan əvvəl komandaların oyunöncəsi mətbuat konfransları keçiriləcək.

“İnter”in baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı saat 20:00-da, rəqib komandanın mətbuat konfransı isə 18:30-da başlayacaq.

Qeyd edək ki, “İnter”in məşqi 20:30-da, “Atletik”in məşqi isə saat 19:00-da başlayacaq.

Əlavə edək ki, məşqlərin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Həmin kateqoriyadan