“Panatinaikos” “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu sifariş etdi

Yunanıstanın “Panatinaikos” klubu Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı “Qəbələ” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Allsport.az xəbər verir ki, Afina təmsilçisinin sifariş vərəqəsində 24 futbolçunun adı yer alıb.

Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, onu yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luk Stil, 45. Nikos Yannakopulos;

Müdafiəçilər: 4. Giorgos Koutrumbis, 5. Kostas Triantafillopulos, 12. Nikos Marinakis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 25. Rasmus Telander, 28. Xristos Burbos;

Yarımmüdafiəçilər: 2. Maykl Essyen, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniyel Pranyiç;

Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç.

Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.

Həmin kateqoriyadan